Praqada AŞPA-nın Daimi Komitəsinin iclası keçirilir

Praqada AŞPA-nın Daimi Komitəsinin iclası keçirilir
13:42 30 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Praqada yerləşən Çexiya Senatında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası keçirilir.
"Report" xəbər verir ki, iclas zamanı Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek ölkəsinin Avropa Şurası Nazirlər Komitəsində 2017-ci ilin may-noyabr aylarında davam edəcək sədrliyinin prioritetlərini açıqlayıb.
XİN başçısı bildirib ki, Çexiyanın AŞ Nazirlər Komitəsində sədrliyi çərçivəsində insan hüquqları, gender bərabərliyi və bir sıra digər məsələlərə həsr olunacaq tədbirlər, konfranslar keçirilməsi planlaşdırılır.
L.Zaoralek, həmçinin ATƏT-in faəliyyətdə olan sədrliyi ilə əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər, o cümlədən iyun ayında radikalizmə qarşı mübarizəyə həsr olunmuş dəyirmi masa, payızda isə internet azadlığı ilə bağlı konfrans təşkil etmək niyyətində olduqlarını vurğulayıb. Nazir bildirib ki, Çexiyanın AŞ Nazirlər Komitəsindəki sədrliyinin prioritetlərinii həmçinin iyunun 1-də Vyanada ATƏT-in Daimi Şurasının iclasında təqdim edəcək.
Qeyd edək ki, iclasda Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova da iştirak edir.
İclas iştirakçıları AŞPA-nın yay sessiyasının gündəliyini nəzərdən keçirəcək, təklifləri dinləyəcək. Eyni zamanda, Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum, Serbiyada prezident seçkilərinin və Ermənistanda parlament seçkilərinin nəticələri müzakirə ediləcək, Albaniyada keçiriləcək parlament seçkiləri üçün müşahidəçilər heyəti formalaşdırılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/praqada-aspa-nin-daimi-komitesinin-iclasi-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR