Valideynlər: "Savadsız müəllimlər övladlarımıza dərs deməsin" - VİDEO

Valideynlər: "Savadsız müəllimlər övladlarımıza dərs deməsin" - VİDEO
13:47 30 May 2017
239 Ölkə
Ölkə mətbuatı
A- A+

XXI yüzil bilik və informasiya əsridir. Ona görə bütün millətlər və dövlətlər zamanla ayaqlaşmağa, onun tələblərini yerinə yetirməyə çalışırlar. Elə valideynlər də övladlarının XXI əsr insanı kimi yetişməsi üçün əllərindən gələni əsirgəmir, onların ən yaxşı və savadlı müəllimlərdən dərs almasını istəyirlər. Lakin təəssüf ki, bu, heç də hamıya nəsib olmur.

Azərbaycanda müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlandığı vaxtdan bu günədək müəllimlərin biliyi, bacarığı ilə bağlı ayrı-ayrı göstəricilər ortaya çıxıb. Belə ki, qiymətləndirmə nəticəsində müəllimlər zəif, orta və yüksək nəticə göstərməklə müxtəlif biliklər nümayiş etdirib.
 
Bundan əlavə, onların fəaliyyəti ilə bağlı qanunsuz işə qəbul olunması, saxta diplomla fəaliyyət göstərməsi və ya tədris etdiyi fənni lazımi səviyyədə bilməməsi kimi neqativ hallar da qeydə alınıb. Bütün bu faktlar Təhsil Nazirliyi tərəfindən zamanlar araşdırılıb və müvafiq tədbirlər görülüb.
 
Bu günlərdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov mətbuata açıqlamasında bildirib ki, Təhsil Nazirliyi 2013-cü ildən sonra müsabiqədənkənar işə qəbul edilən, vakansiyalar gizlədilərək işə götürülən müəllimlərin barəsində tədbir görüb. Tədris ilinin sonunda onların hamısı ilə əmək müqavilələrinə xitam veriləcək. Həmin müəllimlərin sayı hələ dəqiq deyil və onların sənədlərinin yoxlanması prosesi gedir. Sonradan həmin müəllimlərin işlədiyi yer vakansiyaya düşəcəksə, mövcud müəllimlər arasında dərs yükünü bölmək mümkün deyilsə, o saatlar vakansiyaya çıxarılacaq. 2015 və 2016-cı illərdə yerlərdə, rayonlarda aparılan yoxlamalar, araşdırmalar nəticəsində daxili yerdəyişmələrdə ciddi nöqsanların olduğu üzə çıxıb. Diaqnostik qiymətləndirmə zamanı müəllimlərin sənədləri araşdırılarkən bu faktlar aşkarlanıb.
 
Bəs görəsən, bu məsələyə, ictimaiyyətin, valideynləri münasibəti necədir? Valideynlər imtahanda az nəticə göstərən, savadsız, öz ixtisasını bilməyən müəllimlərin övladına dərs keçməsinə razıdırmı? Onlar işdən azad olunub, savadlıları ilə əvəz olunmalıdırmı? Valideynlər savadsız müəllimlərlə bağlı hansı tədbirlərin görülməsini istərdilər?
 
Milli.Az xəbər verir ki, apa.tv bu suallarla Azərbaycanın müxtəlif bölgələrində sorğu keçirib və müxtəlif cavablar alıb.
 
Qeyd edək ki, bu il ilk dəfə olaraq müəllimlərin daxili yerdəyişməsi Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Nazirlik tərəfindən aşkarlanan faktlardan bir qismi də müəllimlərin sıxlıq olan ərazilərə yerləşdirilməsi, vakansiya olmadığı halda müəllimin kənd məktəbindən şəhər məktəbinə gətirilməsidir. Gizlədilən vakansiyaya işə götürülən müəllimlərin yerləri nazirlik tərəfindən müəyyən olunub. Onların hamısı müsabiqəyə çıxarılacaq və bu il əvvəlki illərdən daha çox vakant yer elan olunacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Valideynlər:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR