Elman Rüstəmov: Azərbaycanda uçot dərəcəsinə təkrar baxılacaq

Elman Rüstəmov: Azərbaycanda uçot dərəcəsinə təkrar baxılacaq
13:50 30 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) iyun ayının ortalarında uçot dərəcəsinə təkrar baxılması məsələsini müzakirə etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, may ayında keçirilmiş monitorinq göstərib ki, inflyasiya azalmaqda davam edir:

“Bu vəziyyətdə uçot dərəcəsinin yumşaldılması məsələsi aktuallaşır. İyunun ortalarında AMB-nin İdarə Heyətinin iclasında bu məsələnin müzakirə olunması gözlənilir”.

AMB rəhbəri həmçinin, istehlak qiymətləri indeksi ilə bağlı vəziyyətin yaxşılaşdığını vurğulayıb:

“Biz inflyasiyanın dinamikasını izləyirik və müsbət prosesləri müşahidə edirik. 2017-ci ilin ilk dörd ayı ərzində inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə daha az olub”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2760466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR