MBNP "Atabank"ı nəzarətə götürüb

MBNP "Atabank"ı nəzarətə götürüb
13:52 30 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nəzarətinə götürdüyü 5 kommersiya bankından biri “Atabank”dır.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.
“Bu bankda kapitalla bağlı problemlər var idi, ödənişləri ləngiyirdi. Hazırda “Atabank” birləşmə prosesindədir və konsolidasiya başa çatdıqdan sonra onun məcmu kapitalı təxminən 85 mln. manat, adekvatlıq əmsalı isə 40% olacaq. Bu isə bizim normativlərə uyğundur. Digər 4 bankın adını hələ ki, açıqlamaq istəmirəm”, - deyə R.Aslanlı qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/mbnp-atabank-i-nezarete-goturub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR