Mehriban Əliyeva Qaradağda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimdə iştirak edib

Mehriban Əliyeva Qaradağda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimdə iştirak edib
13:57 30 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Bu gün Bakının Qaradağ rayonunun Qobu qəsəbəsinin ərazisində məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.
“Report” xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kompleksin təməlini qoyub.
Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış edib.
Sonra Baş nazirin müavini Əli Həsənov, “Paşa İnşaat” şirkətinin layihə rəhbəri Kamil Əliyev, Şuşa rayonundan məcburi köçkün Vəsilə Xəlilova çıxış ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/mehriban-eliyeva-qaradagda-mecburi-kockun-aileleri-ucun-yasayis-kompleksinin-temel-qoyma-merasimde-i

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR