Rüfət Aslanlı: "Başqa planımız da var"

Rüfət Aslanlı: "Başqa planımız da var"
13:57 30 May 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Beynəlxalq Bankındakı (ABB) vəziyyət dövlətin nəzarətindədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, dövlət ABB-nin sağlamlaşdırılmasına xidmət edəcək restrukturizasiya planının xarici kreditorlar tərəfindən dəstəklənəcəyinə inanır: "Lakin inanc bir qədər emosionaldır. Bazarların araşdırılması və bazarların bu prosesə reaksiyası onu göstərir ki, bizim nikbin olmağa əsasımız var. İstənilən halda, əgər kreditorlar bu planı dəstəkləməzsə, bu isə az güman olunan ehtimaldır, o zaman biz bankın öhdəliklərinin həll olunmasının başqa yollarını nəzərdə tutmuşuq. İstənilən halda, bankın müştəriləri bundan əziyyət çəkməyəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR