İftar süfrələrinin bəzəyi

İftar süfrələrini şorbasız təsəvvür etmək mümkün deyil.

Metbuat.az mərci şorbasını bir də bu reseptlə hazırlamağınızı tövsiyyə edir:

Tərkibi:
2 stəkan qırmızı mərci
1 ədəd soğan
1 ədəd kök
1 stəkan bitki yağı
2 x/q kərə yağı
3 x/q un
Su - (4 stəkan qaynar, 2 stəkan soyuq su)
Duz, istiot, kəklikotu, qırmızı istiot, qurudulmuş nanə

Hazırlanması:

Soğanı qızardın. Üzərinə xırda doğranmış kök əlavə edib daha 2 dəqiqə qızardın. Aşsüzənin köməkliyi ilə mərcini axar su altında yaxşıca yuyub qazana tökün. Şorbanın rənginin yaxşı olması üçün mərci təmiz yuyulmalıdır. 4 stəkan qaynar su əlavə edib qarışdıra-qarışdıra şorbanı 20 dəqiqə bişirin. Şorbanı əzə-əzə aşsüzəndən keçirin. Şorba çox qatıdırsa və aşsüzəndən rahat keçmirsə azca soyuq su əlavə edib blenderlə durulaşdırın.

Başqa bir qazanda kərə yağını əridin. Un əlavə edib 2-3 dəqiqə qızardın. Üzərinə 2 stəkan soyuq su əlavə edin. Çalmağı dayandırmadan ehtiyatla mərcini una əlavə edib 1-2 dəqiqə qaynadın.

Qırmızı istiotu kəklikotu ilə birlikdə kərə yağında bir neçə dəqiqə qızardın. Şorbanı süfrəyə verməmişdən əvvəl qaşıqla şorbanın üstünə gəzdirin. İstəsəniz şorbanı quru nanə ilə qızardılmış çörəklə bəzəmək olar.

Nuş olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR