Fransada antiterror əməliyyatı zamanı altı nəfər saxlanılıb

Fransada antiterror əməliyyatı zamanı altı nəfər saxlanılıb
14:02 30 May 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Fransada polis tərəfindən həyata keçirilən antiterror əməliyyatı zamanı altı nəfər saxlanılıb.
Bu barədə "Report" yerli BFMTV telekanalına istinadən xəbər verir.
Polisdəki mənbə əməliyyatın prokurorluğun tələbi əsasında paytaxtın İl de Frans bölgəsində, eləcə də ölkənin cənub-qərbində yerləşən Bordo şəhərində keçirildiyini bildirib.
"Dörd kişi və iki qadın saxlanılıb", - telekanal informasiyanı dəqiqləşdirib.
Saxlanılanlardan biri - 48 yaşlı kişi daha əvvəl səkkiz il ABŞ-ın xüsusi təhlükəli yaraqlı-radikalları saxlamaq üçün yaradılmış Quantanamo həbsxanasında məhbus olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransada-antiterror-emeliyyati-zamani-alti-nefer-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR