Təhsil Nazirliyinin nümayəndələri ilə ADU-nun etirazçı tələbələri arasında görüş keçiriləcək

Təhsil Nazirliyinin nümayəndələri ilə ADU-nun etirazçı tələbələri arasında görüş keçiriləcək
14:02 30 May 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ "Azərbaycan Dillər Universitetində (ADU) dövlət imtahanlarının keçirilməsi ilə bağlı elan keçən ilin iyun ayından verilib. Yəni, tələbələrin xəbəri olub".
ADU-nun mətbuat xidmətindən "Report"a bildirilib ki, qəbul edilən qərara əsasən, bu tədris ilindən yekun dövlət buraxılış attestasiya forması yığışdırılaraq buraxılış işi və dövlət imtahan forması ilə əvəz olunacaq.
Mətbuat xidmətindən o da qeyd olunub ki, bu gün Təhsil Nazirliyinin nümayəndələri ilə tələbələrin görüşü keçiriləcək.
Qeyd edək ki, bu gün ADU-nun tələbələri 7 ildən sonra yenidən dövlət imtahanının bərpasına etiraz olaraq aksiya keçiriblər.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/tehsil-nazirliyinin-numayendeleri-ile-adu-nun-etirazci-telebeleri-arasinda-gorus-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR