Alimlər şüşə qurbağa kəşf etdi: Daxili orqanları görünür - FOTOLAR

Alimlər şüşə qurbağa kəşf etdi: Daxili orqanları görünür - FOTOLAR
14:03 30 May 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

San-Fransisko de Quito Universitetinin professoru Xuan Quayasamin Ekvadorun Amazon meşələrində 2013-2016-cı illər arasında apardıqları elmi tətqiqatlar nəticəsində müxtəlif növ qurbağalar aşkarladıqlarını deyib.

Publika.az xəbər verir ki, aşkarlanan qurbağa növləri arasında ən maraqlısı şüşə qurbağa növünə mənsub olan şəffaf rəngli, ürəyi görünən qurbağalar olub.

Qurbağanın bu növü fosforlu qurbağa növlərindən baş nahiyyəsindəki tünd yaşıl nöqtələrlə ayırd edilir.

Fərqli çoxalma prosesinə malik bu qurbağaların boyu iki santimetrdir. Alimlər qurbağanın həddən ziyadə şəffaflığı qarşısında şoka düşüblər.

Daxili orqanları açıq-aydın görünən şəffaf dərili qurbağaların qarın və döş hissəsini örtən dəri də tamamilə şəffafdır. Bu qurbağaların növünün yeni kəşf olunmasına baxmayaraq, onların nəsli tükənmə təhlükəsi ilə qarşı-qarşıyadır.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/200662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR