Türkiyə dənizçiləri 466 liviyalı qaçqını xilas edib

Türkiyə dənizçiləri 466 liviyalı qaçqını xilas edib
14:12 30 May 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Türkiyəyə aid “Roseline A” gəmisinin heyəti Liviya sahillərində batmaqda olan köhnə gəminin göyərtəsindəki 466 qaçqını xilas edib.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, onlar xilas edilən zaman üzərlərində xilasedici jiletlər belə olmayıb.
Türkiyəyə aid “Roseline A” gəmisi Tunisə doğru hərəkət edirmiş. Qaçqınlar isə İtaliyaya getmək istəyirmiş. Xilas edilən 466 nəfər İtaliyanın Sahil Mühafizə Xidmətinə təhvil verilib. 



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiye-denizcileri-466-liviyali-qacqini-xilas-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR