ABŞ səfirliyinin əməkdaşı Bakıda qəzaya düşdü

ABŞ səfirliyinin əməkdaşı Bakıda qəzaya düşdü
14:12 30 May 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Bakıda qəza baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 09:10 radələrində Səbail rayonunda qeydə alınıb.

1988-ci il təvəllüdlü Qadir Məmmədzadənin idarə etdiyi Toyota Prado markalı 90-LM-888 dövlət nömrə nişanlı avtomaşın, Amerika Birləşmiş Ştatlarının ölkəmizdə səfirliyinə məxsus olan, ABŞ-ın Azərbaycandakı səfirliyində işləyən, ABŞ vətəndaşı Şaynbaum Rossun idarə etdiyi "Volvo" markalı 006 D 056 dövlət nömrə nişanlı avtomaşına arxadan çırpılıb.

Hadisə nəticəsində "Volvo"nun arxa tərəfi, "Toyota Prado" markalı 90-LM-888 dövlət nömrə nişanlı avtomaşının qabaq hissəsi əzilib. Hər iki avtomaşına yüngül maddi ziyan dəyib, xəsarət alan olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR