Ədalətsiz qərarlar çıxaran hakimlər üçün cərimələrin məbləği 10 dəfə artırılır

Ədalətsiz qərarlar çıxaran hakimlər üçün cərimələrin məbləği 10 dəfə artırılır
14:36 30 May 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda ədalətsiz qərarlar çıxaran hakimlər üçün cərimələrin məbləği 10 dəfə artırılır.

Trend-in məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilir.

Yeni dəyişiklikləri nəzərdə tutan qanun layihəsinə görə, hakimlər bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarmağa görə 5000 manatdan 8000 manatadək miqdarda cərimələnəcək və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar.

Hazırda isə bu cərimənin məbləği 500 manatdan 1000 manatadəkdir.

Qeyd edək ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2760355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR