Çempionlar Liqasının oyunları 2021-ci ildən bazar günləri keçirilə bilər

Çempionlar Liqasının oyunları 2021-ci ildən bazar günləri keçirilə bilər
14:47 30 May 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal oyunlarının bazar günləri keçirilməsinin mümkünlüyü variantına baxacaq. "Report"un "France Football"a istinadən verdiyi məlumata görə, bu ideyanın təşəbbüskarları İspaniyanın "Real Madrid" və "Barselona", həmçinin İtaliyanın "Yuventus" klublarıdır.
Əsas məqsəd Amerika və Asiya qitələrində televiziya yayımlarından gəlirlərin artırılmasıdır. Görüşlər günün ikinci yarısında başlasa, bu, Amerikada səhər saatlarına, Asiyada istirahət gününün axşamına təsadüf edəcək. Nəticədə hər iki regionda böyük tamaşaçı auditoriyası əldə etmək mümkün olacaq. Dəyişikliklər 2021-ci ildən qüvvəyə minə bilər.
Qeyd edək ki, 2009-2010 mövsümündən Çempionlar Liqasının final matçı şənbə günləri keçirilir. Bu mövsüm həlledici qarşılaşma iyunun 3-də Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda "Yuventus"la "Real Madrid" arasında olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasinin-oyunlari-2021-ci-ilden-bazar-gunleri-kecirile-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR