Dubay polisi bomba zərərsizləşdirən dronu silahlanmaya qəbul edib

Dubay polisi bomba zərərsizləşdirən dronu silahlanmaya qəbul edib
15:27 30 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Dubay polisi bomba zərərsizləşdirilməsi üçün pilotsuz uçan aparat - dron yaradıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, polis dronun artıq test edildiyini və sürətli müdaxilə tələb edən vaxtlı bombaların zərərsizləşdirilməsi üçün istifadə olunacağını deyib.
Dron 10 dəqiqə uça bilər və su atəşi ilə təchiz olunub. O, nəqliyyat vasitələrində və binalarda pəncərələri qıra bilər. Bundan əlavə, aparatda kamera quraşdırılıb və onun köməyi ilə mütəxəssislər bombanı məsafədən zərərsizləşdirəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/dubay-polisi-bomba-zerersizlesdiren-dronu-silahlanmaya-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR