ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa səfər edəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa səfər edəcək
15:42 30 May 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ “Yaxın 10 gün ərzində ATƏT-in Minsk qrupunun həmsədləri Yerevana və Xankəndinə səfər edəcək”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in baş katibi Lamberto Zanyerlə birlikdə Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.
“10 gündən sonra həmsədrlərin səfər edəcəyini gözləyirik. Onlar Ermənistana və Qarabağa səfər edəcəklər. Ehtiyac olarsa, uyğun hazırlıqdan sonra XİN başçıları və prezidentlərin də görüşü keçirilə bilər”, - deyə Nalbandyan vurğulayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/atet-in-minsk-qrupunun-hemsedrleri-dagliq-qarabaga-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR