"Borussiya" klubunun baş məşqçisi istefaya göndərilib

"Borussiya" klubunun baş məşqçisi istefaya göndərilib
15:47 30 May 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Tomas Tyxel Almaniyanın "Borussiya" (Dortmund) futbol komandasının baş məşqçi postundan istefaya göndərilib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna 44 yaşlı mütəxəssisin rəhbərliklə münaqişəsi səbəb olub.
Tuxelin müqaviləsi 2018-ci ilədək nəzərdə tutulmuşdu. Bu səbəbdən, gənc mütəxəssisə 2,9 milyon avro təzminat ödənilməsi lazım gələcək.
Qeyd edək ki, "Borussiya"ya ötən mövsüm Fransa "Lans"ında çalışmış Lüsyen Favr rəhbərlik edə bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/borussiya-klubunun-bas-mesqcisi-istefaya-gonderilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR