Təyyarə qəzasında həlak olmuş generalın tabutundan 4 nəfərin qalıqları tapıldı

Təyyarə qəzasında həlak olmuş generalın tabutundan 4 nəfərin qalıqları tapıldı
15:52 30 May 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olmuş polşalı general Vlodzimej Potaşinskinin tabutunda dörd nəfərin qalıqları aşkarlanıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Polşa Prokurorluğunun bununla bağlı xəbərində deyilir: "General Potaşinskinin tabutunda eksqumasiya vaxtı onun özünün və Smolenskdəki qəzada həlak olmuş daha dörd nəfərin qalıqları aşkar edilib". Prokurorluq bununla bağlı xüsusi bəyanatla çıxış edəcəyini bildirib.

Xatırladaq ki, Smolensk yaxınlığında Tu-154 təyyarəsinin qəzaya uğraması nəticəsində Polşa prezidenti Lex Kaçinski və yüksək rütbəli dövlət məmurları həlak olmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR