ADU-da xalq yazıçısı Elçinin yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib

ADU-da xalq yazıçısı Elçinin yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib
15:57 30 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) xalq yazıçısı Elçin Əfəndiyevin yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib.
"Report" xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd xalq yazıçısı haqqında insanların biliklərini daha da artırmaq olub. 
Tədbiri ali təhsil müəssisəsinin rektor əvəzi Əfqan Abdullayev açaraq bildirib ki, Elçinin əsərləri artıq dünyada tanınır: "Onun müxtəlif dillərə tərcümə edilən əsərləri Azərbaycan sərhədlərini aşaraq ədəbiyyatımızı dünyada layiqli təmsil edir və zirvəyə qaldırır. Elçinin xırda hekayələr ustası kimi əsərləri universitetin professor və tələbə kollektivinin iştirakı ilə 22 dilə tərcümə olunacaq".
Xalq yazıçısı Elçin deyib ki, görüşün iştirakçıları gənclər olduğundan tədbir onun üçün vacibdir: "Gənclərin yalnız mənim yaradıcılığım yox, mədəniyyət haqqında fikirləri mənim üçün maraqlıdır və buna görə də böyük həvəslə gəlmişəm. Burada müxtəlif dillər tədris olunur. Tələbələrin öyrəndikləri dillərdən hansı əsərləri oxuduqlarını bilmək istəyirəm".
Görüşdə universitetin dosent və professorlarının məruzələri dinlənilib.
Daha sonra "Visions of Azerbaijan" jurnalının baş redaktoru İan Peart yazıçının yaradıcılığına ingilis dilində nəzər salıb.
Sonda ali təhsil müəssisəsinin İngilis dilinin üslubu kafedrasının müəllim və tələbə kafedrasının ifasında Elçinin "Şekspir" pyesi ingilis dilində nümayiş olunub.









Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/adu-da-xalq-yazicisi-elcinin-yaradiciligina-hesr-olunmus-elmi-sessiya-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR