Astarada məkltəbli kafedə ofisiantı bıçaqlayıb

Astarada məkltəbli kafedə ofisiantı bıçaqlayıb
15:57 30 May 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara. 30 may. REPORT.AZ/ Astara rayonunda məkltəbli kafedə ofisiantı bıçaqlayıb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Astara Bulvarında yerləşən kafelərdən birində baş verib.
Belə ki, kafedə ofisiant işləyən, Astara şəhər Heydər Əliyev prospektində yaşayan, 1993-cü il təvəllüdlü Murad Fazil oğlu Qulamzadə 16 yaşlı məktəbli, Əli Məmmədzadə tərəfindən  bir neçə bıçaq zərbəsi alıb. 
Yaralı ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, M.Qulamzadəyə qarının ön divarının, döş qəfəsinin və sol yan səthinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. O, əməliyyat olunub. 
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən məktəbli Ə.Məmmədzadə saxlanılıb. 
Faktala bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/astarada-mekltebli-kafede-ofisianti-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR