ATƏT-in Yerevandakı ofisinin bağlanmasına Baş katibdən MÜNASİBƏT

ATƏT-in Yerevandakı ofisinin bağlanmasına Baş katibdən MÜNASİBƏT
16:01 30 May 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elmira Tariverdiyeva - Trend:

ATƏT konsensus çərçivəsində çalışır və konsensusu pozanları təqsirləndirməyəcək.

Trend-in Ermənistan mətbuatına istinadən məlumatına görə, bunu Yerevanda mətbuat konfransı zamanı ATƏT-in baş katibi Lamberto Zanyer qurumun Ermənistandakı ofisinin bağlanması barədə sualı cavablandırarkən deyib.

O qeyd edib ki, ATƏT Ermənistanla əməkdaşlığı davam etdirmək üçün yollar axtarmağa çalışacaq.

Qeyd edək ki, ATƏT-in Yerevan nümayəndələyinin mandatının uzadılması barədə konsensus əldə olunmamışdı. Nümayəndəlik bu il avqust ayının 31-də fəaliyyətini dayandıracaq.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2760565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR