"Bir karobka çıxdı, dedim bir kisə də maşında var" - Narkotik istifadəçisi saxlanıldı - VİDEO - FOTO

"Bir karobka çıxdı, dedim bir kisə də maşında var" - Narkotik istifadəçisi saxlanıldı - VİDEO - FOTO
16:22 30 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda narkotik gizlədən şəxs saxlanılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirşağı qəsəbə sakini Rəhman Şahverdiyev saxlanılıb.

Rəhman Şahverdiyev - Saxlanılan şəxs: "Dəniz kənarında gəzərkən gördüm ki, bir kisə var. Baxdım ki, nəşədir. Götürüb maşına qoydum. 1 karobkaya salıb, cibimə qoydum. Hərdən bir istifadə edirdim. 1-2 gün keçəndən sonra polis əməkdaşları saxladı və cibimdən 1 karobka çıxdı. Dedim ki, bir kisə də maşında var. Onu da təqdim elədim polislərə".

Onun üzərindən 9,67 qram, idarə etdiyi "ZİL" markalı avtomobilə baxış zamanı maşından 4 kiloqram 75 qram, yaşadığı evdən isə əlavə olaraq 7,94 qram marixuana aşkar edilərək götürülüb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"1 karobka çıxdı, dedim bir kisə də maşında var" - Narkotik istifadəçisi saxlanıldı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/549559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR