Danimarkalılar milli geyimlərimizə heyran qaldılar - VİDEO - FOTO

Danimarkalılar milli geyimlərimizə heyran qaldılar - VİDEO - FOTO
16:27 30 May 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Danimarkada Dünya Mədəniyyət Mərkəzinin və Kultur MİX məktəbinin birgə təşkilatçılığı ilə dünya xalqlarının geyimləri təşkil olunub.

Bu barədə Milli.Az-a məlumat Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Kəmalə Hüseynova verib. "Kultur MİX-də fortepiano müəlliməsi olmaqla yanaşı, Dünya Qadınlar Cəmiyyətinin üzvüyəm. Böyük konsert proqramı ilə birlikdə hər dövlət öz milli geyimini nümayiş etdirirdi. Mən də Azərbaycan dizaynerlərinin hazırladığı və bir zamanlar hədiyyə olunan milli geyimlərimizi nümayiş etdirdim.

Əsasən, ipək, buta ornamentli kəlağayımız haqqında danimarkalılara məlumat verildi. Milli geyimimizin da buta ornamentləri ilə işləndiyi vurğulandı. Təbdir gözəl keçdi və milli geyimizə böyük maraq var idi".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Danimarkada Azərbaycan geyimləri təbliğ olundu


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR