"Barselona" bu futbolçusuna qiymət qoydu - 180 milyon

"Barselona" bu futbolçusuna qiymət qoydu -   180 milyon
16:27 30 May 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" qapıçısı Mark-Andre Ter Stegenlə yeni müqavilə imzalayıb. Fanat.Az xəbər verir ki, anlaşmanın müddəti 2022-ci ilin 30 iyununadək uzadılıb.


"Barselona" alman qapıçının sərbəst qalmaq qiymətini də dəyişib. Müqavilədəki xüsusi bəndə əsasən müqavilə müddətində onu heyətinə qatmaq istəyən klub 180 milyon avro ödəməlidi.


Qeyd edək ki, "Barselona"ya 3 il əvvəl Münhenqladbax "Borussiya"sından transfer olunan 25 yaşlı qolkiperin müqaviləsi 2019-cu ildə başa çatacaqdı. Ter Stegen Kataloniya klubuna 12 milyon avroya transfer olunub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquot-bu-futbolcusuna-qiymt-qoydu-t58414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR