Moldovanın baş naziri Rusiya diplomatlarının ölkədən çıxarılmasının səbəbini açıqlayıb

Moldovanın baş naziri Rusiya diplomatlarının ölkədən çıxarılmasının səbəbini açıqlayıb
16:42 30 May 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ “Rusiyanın 5 diplomatı xüsusi xidmət orqanının təqdimatı əsasında “arzuolunmaz şəxs” (“persona non-qrata”) elan edilib”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Moldovanın baş naziri Pavel Filip bildirib.
“Xüsusi xidmət orqanlarından aldığımız informasiya əsasında onlar “persona-non-qrata” elan olunublar. Bu, standart qaydadır. Sizə yalnız bunu deyə bilərəm”, - baş nazir vurğulayıb.
Hökumət başçısı xüsusi xidmət orqanlarının təqdimatındakı detalları açıqlaya bilməyəcəyini qeyd edib.
Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyi Moldovanın bu hərəkətinə sərt cavab verəcəyini bildirib.
Qeyd edək ki, ötən həftənin sonunda Rusiyanın Moldovadakı 5 diplomatı ölkə Xarici İşlər Nazirliyi tərəfindən “arzuolunmaz şəxs elan” edilib.
Moldova prezidenti İqor Dodon isə Rusiya rəhbərliyini hökumətin məsələ ilə bağlı təxribatına uymamağa çağırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/moldovanin-bas-naziri-rusiya-diplomatlarinin-olkeden-cixarilmasinin-sebebini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR