"Bayıra çıxırdım, polis yaxınlaşdı" - Narkotik əkib-becərən şəxs saxlanıldı - VİDEO - FOTO

"Bayıra çıxırdım, polis yaxınlaşdı" - Narkotik əkib-becərən şəxs saxlanıldı - VİDEO - FOTO
16:47 30 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda və Ağdamda narkotik tərkibli bitkiləri əkib-becərən şəxslər saxlanılıblar.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Sabunçu RPİ 15-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbiri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Pirşağı qəsəbə sakini Gəray Rəmiyar saxlanılıb.

Ona məxsus həyətyanı sahəyə baxış zamanı oradan 12,544 qram marixuana, habelə kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində çətənə toxumlarını bir neçə ay əvvəl evinin həyətində əkdiyini və onlara xüsusi şəkildə qulluq göstərərək yetişdirdiyini boynuna alıb.

Gəray Rəmiyar - Saxlanılan şəxs: "3-4 ay bundan qabaq qoymuşdum ora. Çətənə kolunun tumları idi. Əkdim, yavaş-yavaş qulluq edirdim. Gördüm ki, 15-20 sm qalxıblar. Bayıra çıxırdım, biri yaxınlaşdı. Təqdim elədilər ki, polisik. Girib yoxladılar".

Narkotiklərin yayılmasının qarşısının alınması istiqamətində daha bir uğurlu əməliyyatı Ağdam polisi keçirib.

Çəmənli kənd sakini, 48 yaşlı Qəzənfər Məmmədovun yaşadığı evin həyətinə baxış keçirilib. Üç ədədi dibçəkdə, iki ədədi isə torpaqda əkilmiş vəziyyətdə olmaqla, ümumi yaş kütləsi 198 qram təşkil edən, aqrotexniki qaydada qulluq olunmuş çətənə bitkisi aşkar edilib və polis əməkdaşları tərəfindən götürülüb. Qəzənfər Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Bayıra çıxırdım, polis yaxınlaşdı" - Narkotik əkib-becərən şəxs saxlanıldı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/549574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR