Güzəştli mənzillər üçün müraciət asanlaşdı

Güzəştli mənzillər üçün müraciət asanlaşdı
16:48 30 May 2017
544 Ölkə
Ölkə mətbuatı
A- A+

“Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalına ( www.e-gov.az ) inteqrasiya edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, "Elektron hökumət" portalında “Elektron imza” və ya “ASAN imza” vasitəsi ilə qeydiyyatdan keçib “Güzəştli mənzil” sistemi elektron xidmətindən istifadə etmək mümkündür.

Beləliklə, bu gündən etibarən güzəştli mənzil əldə etmək hüququ olan vətəndaşlar "Elektron hökumət" portalına daxil olmaqla müraciətlərini Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) göndərə bilərlər.

Bunun üçün, portalın "Bütün xidmətlər" bölməsindən Prezident Yanında Mənzil İnşaatı Dövlət Agentliyinin xidmət qrupu arasından "Güzəştli mənzil" sistemi elektron xidmətini seçmək lazımdır.

Xidməti portalın axtarış qutusuna, "Güzəştli mənzil" sistemi yazmaqla da tapa bilərsiniz. Xidmətə müraciət etməzdən əvvəl istifadəçi təlimatı ilə mütləq tanış olun.

Aşağıdakı suallara cavab tapmaq üçün başlıqların üzərinə “klik”ləyin.

Güzəştli mənzil üçün kimlər müraciət edə bilər?

Hansı sənədlər tələb olunur?

"Elektron hökumət" portalı üzərindən xidmətə necə müraciət edilir?

Həmçinin, sistemdən istifadə ilə bağlı ətraflı təlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə “www.mida.gov.az” və ya “www.mida.az“ internet saytlarının ana səhifəsində yerləşən “GÜZƏŞTLİ MƏNZİL SİSTEMİ” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Güzəştli mənzillər almaq istəyən, lakin elektron imzası olmayanlar "Elektron imza"nı “www.e-imza.az” saytı üzərindən onlayn müraciət etməklə,"Şəbəkə" xidmət mərkəzlərindən, Elektron imza qeydiyyat məntəqəsi (Dilarə Əliyeva küç. 185),“ASAN xidmət” mərkəzlərinin MİDA xidmət pəncərələrinə müraciət etməklə əldə edə bilərlər.

Məlumat üçün bildirək ki, Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim olunan “Elektron imza” sertifikatından istifadə tam pulsuzdur. 1 dəfə ödəniş edib, sertifikatı əldə etməklə 3 il müddətində heç bir xidmət haqqı olmadan tam ödənişsiz istifadə edilir. Bundan əlavə, “Elektron imza” beynəlxalq FİPS 140-2 təhlükəsizlik standartına uyğunlaşdırılmış, tam təkmil imzalama vasitəsidir. Ən əsası isə “Elektron imza” ilə aparılan əməliyyatlara müdaxilə mümkün deyil.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/200688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR