Respublika Günü media nümayəndələrinin iştirakı ilə Lənkəranda qeyd olunub

Respublika Günü media nümayəndələrinin iştirakı ilə Lənkəranda qeyd olunub
16:54 30 May 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

28 May - Respublika Günü media nümayəndələrinin iştirakı ilə Lənkəranda qeyd olunub.

 

Lent.az-ın məlumatına görə, “Mətbuat Qeyri-Rəsmi” Jurnalist Klubunun və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın aparıcı televiziya, qəzet, informasiya agentliyi və xəbər portallarının əməkdaşları Respublika Gününə həsr olunmuş sərgilərdə iştirak ediblər, Lənkəranın mədəni-tarixi obyektlərini ziyarət ediblər.

Əvvəlcə Jurnalist Klubunun üzvləri Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkını ziyarət ediblər.

Parkın ərazisində yerləşən Heydər Əliyev mərkəzini ziyarət edən jurnalistlər burada gənc rəssamların “28 May - Respublika Günü”nə həsr olunmuş sərgisi ilə tanış olublar.

Sonra Media təmsilçiləri şəhərin giriş hissəsində qurulmuş Bayraq Meydanını ziyarət ediblər. Burada ucaldılan bayraq dirəyinin hündürlüyü 70, bayrağın uzunluğu 20, eni isə 10 metrdir.

Respublika Gününə həsr olunmuş digər rəsm sərgisi isə Lənkəran Mədəniyyət Mərkəzində təşkil edilib. Jurnalistlər Mərkəzin üzvü olan uşaqların Azərbaycanın dövlət atributlarını əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Səfər çərçivəsində media təmsilçiləri Lənkəranın bir sıra tarixi yerlərini ziyarət ediblər. Bunlardan biri Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi olub. Hazırda Xan evi kimi tanınan bu nadir bina Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1912-1913-cü illərdə inşa edilib. Bina fransız memarları tərəfindən layihələndirilib və tikinti işləri onların rəhbərliyi ilə aparılıb.

Jurnalistlər həmçinin iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun Lənkərandakı abidəsini ziyarət edib, ev-muzeyi ilə tanış olublar.

 

“Mətbuat Qeyri-Rəsmi” üzvləri rayonla tanışlıq çərçivəsində Hirkan milli parkını ziyarət ediblər. Rayonda kənd təsərrüfatı sahəsinin inkişafı ilə tanışlıq çərçivəsində jurnalistlər “Yaşıl çay” fermer təsəruffatında çay plantasiyasını ziyarət ediblər.

 

Səfərin sonunda isə “Tur.com” şirkətinin kurort istirahət mərkəzində Lənkərandan millət vəkili seçilmiş, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə görüş olub. 28 May Respublika Günü münasibətilə media nümayəndələrinin Lənkəran şəhərinə səfərini çox təqdirəlayiq hesab edən H.Rəcəbli 28 May təqviminin tariximizdə xüsusi yerinin olduğunu bildirib. Görüş zamanı parlamentin komitə sədri Lənkəranın tarixi, coğrafi mövqeyi, bu bölgənin respublika iqtisadiyyatında rolu haqqında geniş məlumat verib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275760

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR