“Zirə” legionerlə müqavilə imzaladı

“Zirə” legionerlə müqavilə imzaladı
16:57 30 May 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

“Zirə” daha bir futbolçusu ilə bağlı qərarını verib. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Riçard Qadze gələn mövsümü də paytaxt təmsilçisində keçirəcək.

 

Ötən mövsüm komandaya cəlb edilən qanalı forvardla danışıqlar müsbət nəticələnib və o, yeni 1+1 illik müqaviləyə qol çəkib. Yəni 23 yaşlı oyunçu gələn mövsüm özünü yaxşı tərəfdən göstərə bilsə, anlaşması daha 1 il müddətinə uzadılacaq.

 

Qeyd edək ki, yay fasiləsində Nicat Qurbanov, Vüqar Mustafayev və Rəşad Sadiqovu transfer edən “Zirə” Migel Lorenzo, Tural Cəlilov. Nurlan Novruzov, Yamin Ağakərimzadə, Elvin Məmmədov və Amadu Ben Sanqarla yollarını ayırıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-zir-legionerl-muqavil-imzalad-t58415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR