Avstraliya təyyarəsi QƏZAYA UĞRADI: ölənlər var

Avstraliya təyyarəsi QƏZAYA UĞRADI: ölənlər var
17:12 30 May 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliyanın cənubunda yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təyyarə havaya qalxdıqdan qısa müddət sonra həyəcan siqnalı göndərib. Daha sonra radarlardan itən təyyarənin qalıqları Renmark hava limanından bir neçə kilometr məsafədə tapılıb.

Polisin məlumatına əsasən, təyyarədə pilotdan başqa iki sərnişin olub.

Təyyarənin qəzaya uğraması səbəbləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR