Ebrudan Mübariz Mənsimovun təklifi ilə bağlı deyilənlərə REAKSİYA

Ebrudan Mübariz Mənsimovun təklifi ilə bağlı deyilənlərə REAKSİYA
17:12 30 May 2017
Ölkə mətbuatı
A- A+

Model-aparıcı Ebru Şallı azərbaycanlı iş adamı Mübariz Mənsimovun Bodrumdakı otelində pilates dərsi keçəcəyi ilə bağlı şayiələri yalanlayıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, modelin Mübariz Mənsimovun otelində verəcəyi dərslər qarşılığında 500 min lirə (təxminən 250 min manat) alacağı deyilirdi. Ebru bununla bağlı belə açıqlama verib: 

"Əsassız, yalan xəbərlərə inanmayın... Təəccübləndim, çünki bununla bağlı hətta köşə belə yazan oldu. Çox təəssüfedici vəziyyətdir! Bütün yazılanlar doğru deyil. Əlbəttə, pilates dərsi keçirəm, 14 ildir bu idman növünü öyrədirəm. Amma mənə pilates dərsi keçəcəyim müqabilində sərvət ödəyəcəkləri ilə bağlı yazılanlar yalandır. Etməyin, dostlar! Sonra deyirsiniz, qəzetimizə niyə müsahibə vermirsiniz. Dürüst, sevgi dolu olun. Sevin bir az, qorxmayın! İnanın, bu dünyanı sevgi xilas edəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR