Azərbaycanın kontinental velosiped komandası Ukraynada növbəti reytinq xalları qazanıb (FOTO)

Azərbaycanın kontinental velosiped komandası Ukraynada növbəti reytinq xalları qazanıb (FOTO)
17:15 30 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı "Horizon Park" yarışları silsiləsində yekun vurulub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, 21 Pro-kontinental, kontinental və milli komandanın iştirak etdiyi 3 günlük yarış Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun reytinqimizə növbəti xallar əlavə etməsi ilə yadda qalıb.

Ukraynaya Elçin Əsədov, Samir Cəbrayılov, Elgün Əlizadə, Musa Mikayılzadə, Kənan Qəhrəmanlı və İsmayıl İlyasovdan ibarət heyətlə yollanan "Synergy Baku" ilk gündə 160 km-lik "Horizon Park Race for Peace" turunda mübarizə aparıb. Elçin Əsədovun finiş xəttini 7-ci keçməsi aktivimizə 5 reytinq xalı qazandırıb.

Mayın 27-də ümumi uzunluğu 116 km olan "Horizon Park Race Maidan" turu Elçin Əsədovun 9-cu olması və 3 reytinq xalının qazanılması ilə yadda qalıb. Yarışlar silsiləsinin son günü, mayın 28-də isə Samir Cəbrayılovun 96 km-dən ibarət "Horizon Park Classic"də 8-ci yeri tutması daha 3 xalla əlamətdar olub.

Qeyd edək ki, yığma üzvlərimizin yarışlarda qazandıqları xallar onların öz reytinqləri ilə yanaşı, milli komandamızın da aktivinə əlavə olunur. Hazırda Beynəlxalq Velosipedçilər İttifaqının 112 ölkənin yer aldığı reytinq sıralanmasında Azərbaycan 832 xalla 38-ci yerdədir. Siyahının ilk 5 pilləsində Belçika, Kolumbiya, İspaniya, İtaliya və Fransa yer alır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2760635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR