"Petkim" Egey bölgəsinin ikinci ən böyük şirkəti olub

"Petkim" Egey bölgəsinin ikinci ən böyük şirkəti olub
17:17 30 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Türkiyənin Egey bölgəsi Sənaye Palatası 2016-cı ildəki fəaliyyətinə əsasən bölgədəki 100 böyük sənaye qurumunu müəyyənləşdirib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim” bu siyahıda ikinci sırada yer alıb.
Qeyd olunub ki, “Petkim” 4,153 mlrd. Türkiyə lirəsi (TRY) həcmində satış həyata keçirib.
Siyahıda birinci yerdə “Tüpraş”, üçüncü yedə isə “Philsa Philip Morris” qərarlaşıb.
Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub.

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/petkim-egey-bolgesinin-ikinci-en-boyuk-sirketi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR