O da Tottinin ardınca getdi - RƏSMİ

O da Tottinin ardınca getdi  - RƏSMİ
17:17 30 May 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

Françesko Tottinin Tottisiz qoyduğu “Roma” indi də baş məşqçisini itirib. Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Luçano Spalletti postundan gedib.

 

 

İnformasiyanı klubun rəsmi saytı yayıb. “Canavarlar”ın başqanı Cim Pallotta mütəxəssisə təşəkkürünü bildirib: “Burda gördüyü böyük işlərə görə Spalettiyə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq. Klub inkişafını davam etdirəcək. Yeni məşqçi “Roma”nın fəlsəfəsini sürdürəcək”.


 

Qeyd edək ki, 58 yaşlı Spallettinin rəhbərliyi altında “Roma” A seriyasındakı mübarizəni ikinci pillədə başa vurub.




Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-o-da-tottinin-ardnca-getdi-t58417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR