Hollandiya Senatı Ukrayna və Aİ arasında Assosiasiya Sazişinin ratifikasiyasını dəstəkləyib

Hollandiya Senatı Ukrayna və Aİ arasında Assosiasiya Sazişinin ratifikasiyasını dəstəkləyib
17:27 30 May 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Hollandiya Senatı Ukrayna və Avropa İttifaqı (Aİ) arasında Assosiasiya Sazişinin ratifikasiyasını dəstəkləyib.
"Report" UNİAN-a istinadən xəbər verir ki, bu qanunvericilik aktı ilə bağlı səsvermə Haaqada, 75 deputatdan ibarət Senatının plenar iclası çərçivəsində keçirilib.
Qanunvericilik aktı kral tərəfindən imzalandıqdan və dövlət jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.
Xatırladaq ki, Hollandiya parlamentinin Aşağı Palatası fevralın 23-də Ukrayna və Aİ arasında Assosiasiya Sazişi ilə bağlı hökumət qanununu dəstəkləyib.
Hollandiya sazişi bu günə qədər ratifikasiya etməyən yeganə Aİ ölkəsidir. Belə ki, 2016-cı ilin aprel ayında baş tutan və seçici fəallığının 32,28% təşkil etdiyi referendumda seçicilərin 60%-i Ukrayna ilə Assosiasiya Sazişinə qarşı çıxıb. Referendum tövsiyə xaraketeri daşıyıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hollandiya-senati-ukrayna-ve-ai-arasinda-assosiasiya-sazisinin-ratifikasiyasini-destekleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR