Birinci vitse-prezident: “Bakı və Sumqayıtda qəzalı vəziyyətdə olan binalarda hələ də minlərlə insan yaşayır”

Birinci vitse-prezident: “Bakı və Sumqayıtda qəzalı vəziyyətdə olan binalarda hələ də minlərlə insan yaşayır”
17:27 30 May 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ “Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı vəziyyətdə olan binalarda hələ də minlərlə insan yaşayır”.
“Report”un xəbərinə görə, bunu Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva deyib. 
Azərbaycanın Birinci vitse-prezidenti məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində çıxış edib.
Artıq 20 ildən çoxdur ki, 1 milyon artıq azərbaycanlının Ermənistanın hərbi təcavüzü və işğalından əziyyət çəkdiyini deyən xanım Mehriban Əliyeva soydaşlarımızın üzləşdiyi problemlərin Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu, müstəqilliyimizin ilk illərindən bu istiqamətdə həyata keçirilən tədbirlərin dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2004-cü ildə Dövlət Proqramının qəbul edildiyini, 2007-ci və 2011-ci illərdə bu Proqrama əlavələrin təsdiqləndiyini, ümumiyyətlə bu istiqamətdə həyata keçirilən tədbirlərin icrasına 6 milyard manatdan çox vəsait ayrıldığını diqqətə çatdırıb. Xatırlatdıb ki, çadır şəhərciyi şəraitində yaşayan insanlar, qaçqın və məcburi köçkün ailələri onlar üçün inşa olunan 100-dək müasir yaşayış qəsəbəsinə köçürülüblər. Ümumilikdə bu, 50 min ailənin, 250 mindən çox insanın yaşayış şəraitinin yaxşılaşdırılması, yeni mənzillə təmin olunması deməkdir. “Son 13 ildə 400 mindən çox qaçqın və məcburi köçkün yeni iş yeri ilə təmin olunub. Hər bir qəsəbədə məktəblər, uşaq bağçaları salınır. Ali və orta ixtisas təhsil ocaqlarında ödənişli formada təhsil alan qaçqınlar və məcburi köçkünlər təhsil haqqını ödəməkdən azad olunublar”,- deyən Azərbaycanın birinci vitse-prezidenti vurğulayıb ki, həm çadır şəhərciklərinin ləğvində, həm humanitar faciənin qarşısının alınmasında Azərbaycan dövlətinin təcrübəsi, nadir bir təcrübədir və beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Görülən bütün tədbirlərə baxmayaraq, bu sahədə öz həllini tapmayan problemlərin mövcud olduğunu təəssüflə qeyd edən Mehriban Əliyeva bildirib ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı vəziyyətdə olan binalarda hələ də minlərlə insan yaşayır. Mart ayında bu problemə həsr olunan müşavirədə birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planının hazırlanması tapşırığının verildiyini xatırladan Birinci vitse-prezident hazırda bu plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində 3 binanın, Sabunçu rayonunun Ramanı qəsəbəsində 1 binanın, Sumqayıt şəhərində 5 binanın inşa edildiyini, digər 5 binanın inşası üçün isə yerin ayrıldığını söylədi.
“Bu gün təməli qoyulan müasir yaşayış kompleksi ölkəmizin özəl sektorunun həmin bu nəcib işə töhfəsidir. Hesab edirəm çox gözəl bir haldır ki, dövlətlə yanaşı, iş adamları, sahibkarlar da bu məsələyə dəstəyini verməyə hazırdırlar”,- deyən Mehriban Əliyeva bu təşəbbüsü yüksək qiymətləndirib, Azərbaycanda fəaliyyət göstərən digər şirkətləri, sahibkarları da təşəbbüsü dəstəkləməyə dəvət edib. Bildirib ki, bu, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, xalqımızın həmrəyliyinin, dövlətin gücünün və inkişafının təzahürüdür. 
Mehriban Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına və soydaşlarımızın doğma torpaqlarına qayıdacağına əminliyini ifadə edərək, işğaldan azad olan torpaqlarda Azərbaycan dövlətinin bütün lazımi infrastrukturu quracağını, şəhərlərimizi bərpa edəcəyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/birinci-vitse-prezident-baki-ve-sumqayit-seherlerinde-qezali-veziyyetde-olan-binalarda-hele-de-min

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR