NORLA təşkilatının rəsmisi Tərcümə Mərkəzində

NORLA təşkilatının rəsmisi Tərcümə Mərkəzində
17:36 30 May 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mayın 30-da Norveçin “NORLA” təşkilatının rəsmi nümayəndəsi xanım Dina Roll-Hansen ARNK yanında Tərcümə Mərkəzində olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı müxtəlif dövrlərdə Mərkəz tərəfindən tərcümə və nəşr edilmiş Byörnstyerne Byörnson, Knut Hamsun, Henrik İbsen, Arvid Turqer Li, Tarey Vesos, Yusteyn Qorder kimi məşhur Norveç ədiblərinin əsərlərindən söhbət açılıb, yaxın gələcəkdə “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Osloda nəşrinə dair məsələlər müzakirə edilib.

Başlıca qayəsi Norveç ədəbiyyatının dünyada təbliği olan NORLA təşkilatının fəaliyyəti barədə geniş məlumat verən xanım Dina Roll-Hansen bu istiqamətdə bir il ərzində 400-dən artıq layihə həyata keçirildiyini qeyd edərək, Azərbaycan-Norveç ədəbiyyatları arasında ədəbi körpülərin qurulmasında Mərkəzlə əməkdaşlıqda maraqlı olduqlarını nəzərə çatdırıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2760665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR