Dadaşov başqa alman klubuna keçir

Dadaşov başqa alman klubuna keçir
17:37 30 May 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın 3-cü Bundesliqasında  çıxış edən “Ros-Vayss Erfurt” Azərbaycan millisinə son vaxtlar dəvət almayan Rüfət Dadaşova elçi düşüb. Fanat.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçunun klubunu dəyişmək ehtimalı çoxdu.


Regionalliqa təmsilçisi “Moyzelvits”də son mövsümdə 13 qol vuran Dadaşovun hazırkı klubuyla olan müqaviləsinin müddəti iyunun sonunda başa çatır. O, 3-cü Bundesliqa klubuna azad agent qismində keçəcək.


Qeyd edək ki, Rüfət “Ayntraxt”ın əsas komandasıyla bir müddət öncə üçillik anlaşma imzalayan Renat Dadaşovun böyük qardaşıdı.

 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dadaov-baqa-alman-klubuna-kecir-t58419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR