"Neftçi" müdafiəçisini "Səbail"ə buraxmır - SƏBƏB

"Neftçi" müdafiəçisini "Səbail"ə buraxmır  - SƏBƏB
17:47 30 May 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi” klubuyla olan müqaviləsinin müddəti başa çatan Elvin Bədəlovu buraxmaq istəmir. Fanat.Az-a verilən məlumata görə Elvin Yunuszadəni heyətinə qatıb-qatmayacağı bilinməyən (“Qarabağ”da qala bilər) bakılılar hələ tələsmir.


Belə ki, qışda Çexiya “Slovan”ından yarım mövsümlük icarəyə götürülən Zdenek Folprextlə də yeni sözləşmə imzalamayan paytaxt təmsilçisi bu mövqeyə oyunçu axtarışlarını sürdürür.


Hazırda əsas millimizlə Avstriyada -  təlim-məşq toplanışında olan baş məşqçi Elxan Abdullayev yalnız daha səviyyəli mərkəz müdafiəçisi tapacağı halda, mərkəz müdafiəçisinə  “özünə klub axtar” deyəcək.


Qeyd edək ki, Bədəlov Premyer Liqanın debütantı “Səbail”in maraq dairəsindədi.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-mudaficisini-quotsbailquot-buraxmr-t58420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR