Ehtiyatsız davranma baha başa gələ bilər

Ehtiyatsız davranma baha başa gələ bilər
17:57 30 May 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurmağa görə daha ağır cəzaların tətbiq edilməsi nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Məcəllənin 131-ci (Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) maddəsinə təklif olunan dəyişikliyə görə, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurmağa görə cərimənin yeddi yüz manatdan min iki yüz manatadək, ağır zərər vurmağa görə min iki yüz manatdan iki min dörd yüz manatadək məbləğdə artırılması nəzərdə tutulur.

Hazırda isə ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurmağa görə cərimə üç yüz manatadək, ağır zərər vurmağa görə beş yüz manatadəkdir. Eyni zamanda dəyişiklikdə ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmağa görə azadlıqdan məhrumetmə cəzasının 6 aydan bir ilədək artırılması təklif edilir.

Qeyd edək ki, Məcəlləyə təklif edilən dəyişikliklərin Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR