Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən suriyalı saxlanılıb

Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən suriyalı saxlanılıb
18:02 30 May 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Almaniya polisi Berlində terror aktları törətməyə hazırlaşmaqda şübhəli bilinən 17 yaşlı suriyalını saxlayıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Brandenburq federal torpağının daxili işlər naziri Haynts Şröter bildirib.
İstintaqın versiyasına görə, yeniyetmə özünü partlatmağa hazırlaşıb.
Şübhəli şəxsi Berlinin şimal-şərqində yerləşən Ukkermark bölgəsində saxlayıblar.
Yeniyetmənin nə zaman, harada və hansı formada partlayışı həyata keçirməyi planlaşdırdığı barədə məlumat verilmir. Onun adı ad açıqlanmır.
Qeyd edək ki, Almaniyada son bir il ərzində bir neçə dəfə insanlara hücum hallarına şahidlik edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniyada-terror-akti-hazirlamaqda-subheli-bilinen-suriyali-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR