Qasırğa Moskva-Bakı qatarlarının hərəkətində problem yaradıb?

Qasırğa Moskva-Bakı qatarlarının hərəkətində problem yaradıb?
18:12 30 May 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskvada baş verən güclü qasırğa Moskva-Bakı və Bakı-Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarlarının hərəkətinə problem yaratmayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova deyib.

Qurum rəsmisi bildirib ki, baş verən qasırğa "Azərbaycan Dəmir Yolları" QSC-nin qatarlarına mane olmayıb. Hazırda Bakı-Moskva və Moskva-Bakı marşrutu üzrə qatarlar qrafik üzrə hərəkətini davam etdirir.

Qeyd edək ki, ötən gün Moskvada baş verən güclü qasırğa nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb. Rusiya paytaxtının bir çox küçələrində qasırğa reklam qurğuları, ağacları aşırıb, şəxsi avtomobillərə zərər vurub. Eləcə də iki təyyarə təbii fəlakətdən zədələnib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/549615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR