Heydər Əliyev Sarayında möhtəşəm bayram konserti - FOTO

Heydər Əliyev Sarayında möhtəşəm bayram konserti - FOTO
18:22 30 May 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Mayın 29-da Heydər Əliyev Sarayı, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Pillə" adlı bayram konserti keçirilib.

Milli.Az bildirir ki, İdarənin İnformasiya və İctimaiyyətlə Əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, İdarənin nəzdində olan Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə möhtəşəm konsert proqramı ilə çıxış ediblər:

Musiqi məktəblərinin ifasında Qara Qarayev - "Yeddi gözəl" baletindən vals, "Qarabağ şikəstəsi", Arif Məlikov - "Süita" II hissə , "Şirvan kompozisiyası, Üzeyir Hacıbəyli - "Arşın mal alan" operettasından uvertüra ,29. Müslüm Maqomayev - "Sinyaya veçnost", Tofiq Quliyev - "Zibeydə", Sevil Əliyeva - "Ana", Maxglaner - "Zigeuner-Marsch" Dmitriy Saratskiy - "Me and my guitar", Pyotr İlyiç Çaykovskiy - "Sentimental vals", Robertino Loretti - "Camayka", Dino Fekaris - "I will survive", Qlen Miller - "İn the mood" kimi əsərlər təqdim olunub.

Bayram konserti Heydər Əliyev Sarayında saat 19.00-da baş tutub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR