İrəvanı qorxuya salan Azərbaycan kəşfiyyatçısı Ermənistan mediasında: “Onlar tir-tir əsirdi” - FOTO

İrəvanı qorxuya salan Azərbaycan kəşfiyyatçısı Ermənistan mediasında: “Onlar tir-tir əsirdi”  - FOTO
18:23 30 May 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan mediası Azərbaycanın xüsusi təyinatlı dəstənin baş leytenantı Ülfət Həsənovun erməni əsgərləri haqda dediyi sözləri dərc edib.

Publika.az
xəbər verir ki, “hetaqrqir-lur” saytı Ü.Həsənovun “armenia.az” saytına açıqlamasında erməni əsgərlərin azərbaycanlı əsgərlərin qarşısında qorxaraq qaçdığı haqda dediklərini yayıb.

“Erməni əsgərlər bizim əsgərlərdən qorxurlar və tez-tez qabağımızdan qaçırlar. Onların bizimlə döyüşmək gücü yoxdur. Ordumuzla döyüşmək gücündə olmadıqları üçün əllərində yalnız dinc əhalini narahat etmək gəlir. Ordumuzun qarşısında isə sarsıntı keçirirlər”, - deyə Azərbaycan kəşfiyyatçısı vurğulayıb.

Ü.Həsənov qeyd edib ki, Azərbaycan Ordusu kifayət qədər güclüdür: “Biz düşməni tamamilə məhv etmək və torpaqlarımızı azad etmək gücündəyik. Bizdə ən müasir silahlar, avadanlıq, peşəkar kadr və mənəvi güc var”.

Qeyd edək ki, Ü.Həsənov iki il öncə cəbhədə yaralandığı üçün təqaüdə çıxıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/200701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR