Xorvatiya Prezidenti İlham Əliyevə məktub göndərib

Xorvatiya Prezidenti İlham Əliyevə məktub göndərib
19:03 30 May 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Bu xoş fürsətdən istifadə edərək dost Azərbaycan xalqına Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan rifah və inkişaf arzu edirəm.

Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə xalqlarımız üçün ümumi maraq kəsb edən müxtəlif sahələrdə getdikcə möhkəmlənən tərəfdaşlıq və dostluq əlaqələrini yüksək qiymətləndirir.

Mən qəti əminəm ki, hərtərəfli əməkdaşlığımızın, xüsusilə də ölkələrimizin potensialını reallaşdırmaq üçün iqtisadi əməkdaşlığımızın intensivləşdirilməsinə birgə səylərimizlə töhfə verməyə davam edəcəyik.

Şadam ki, Xorvatiya Respublikasına rəsmi səfərə gəlmək barədə dəvətimizi qəbul etmisiniz. Əminəm ki, keçən ilin oktyabr ayında mənim Azərbaycana rəsmi səfərimdən sonra Sizin bu səfəriniz dostluq və gələcək əməkdaşlığımız üçün yeni stimul olacaq.

Ümidvaram ki, tezliklə Sizi Xorvatiya Respublikasında qarşılamaq şərəfinə nail olacağam. Sizə dərin ehtiramımı və səmimi salamlarımı çatdırmaq istərdim".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/200704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR