Ramazanda ağız qoxusundan

Oruc tutan insanların qarşılaşdıqları ən böyük problemlərdən biri də ağız qoxusudur.

Metbuat.az xəbər verir ki, hər 4 nəfərdən biri halitozis və ya ağız qoxusu problemi yaşayır.

İftar və ya imsakda yeyilən qida, eləcə də uzun müddət ac-susuz qalmaq ağızdakı bakteriyaları artıraraq, pis qoxu yaradır. Xüsusilə, imsakda içilən çay, qəhvə ağızdakı quruluğu artıraraq, pis qoxuya səbəb olur. Enerji içkiləri, eləcə də şirniyyatlar ağızda pis qoxu yaradır.

Onların əvəzinə təzə sıxılmış meyvə suyu içmək, meyvə yemək məsləhətdir. Pendir, süd, yumurta da ağızda xoşagəlməz qoxu yaradır. Ona görə də imsak yeməyindən 1 saat sonra dişlərin fırça ilə, diş sapı ilə təmizlənməsi məsləhət görülür. Bütün görünən və görünməyən daxili və xarici səthlər, dilüstü mütləq 2 dəqiqə fırçalalanmalı və təmizlənməlidir. Qidanın çox çeynənməsi də ağız qoxusunu azalda bilər.

Ramazanda ağız qoxusunu aradan qaldırmaq üçün duzlu su ilə qarqara edə bilərsiniz.

Ağız qoxusunu aradan qaldıran təbii üsullar:

Hil, şüyüd və razyana çeynəyin.

Darçın çubuğu dişləyin. Bu ağızda bakteriyaları öldürür.

Hər yeməkdən sonra zirə çeynəyin. Həzmə də yaxşı təsir edir.

Eyni şəkildə antibakteriyel xüsusiyyəti olan mixək də iyi dərhal aradan qaldırır.

Cəfəri yeyin.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR