Sabiq sevgilisini qucaqlayıb təbrik etdi - FOTO

Sabiq sevgilisini qucaqlayıb təbrik etdi - FOTO
19:57 30 May 2017
Ölkə mətbuatı
A- A+

Amerikalı aktrisa və müğənni Bella Torn bazar gününü sabiq sevgilisi, britaniyalı aktyor Qreqq Salkinlə birlikdə keçirib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 19 yaşlı aktrisa Malibu kurortunda 25 yaşlı aktyorla birlikdə əylənib.

Daha sonra Bella Torn sabiq sevgilisi qucaqlayıb və bu vəziyyətdə fotosunu çəkərək əvvəl Snapchat-da, sonra da İnstagram-da paylaşıb.

"Səni təbrik edirəm! 25 yaşın tamam oldu. Səni hələ də sevirəm", - Bella yazıb.

Bella Torn Fransanın Kann şəhərində keçirilmiş 70-ci beynəlxalq kinofestivala ABŞ-ın populyar realiti-şou ulduzu və modellərindən biri, erməni Kortni Kardaşyanın sabiq əri Skott Diziklə qatılmışdı.

Fəqət festival əsnasında onlar ayrılıblar və S.Dizik keçmiş sevgilisi Xloya Bartoliyə üz tutub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR