Rusiyanın sanksiyaları Türkiyə pomidorlarına yeni bazar açıb

Rusiyanın sanksiyaları Türkiyə pomidorlarına yeni bazar açıb
19:57 30 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Rusiyanın tətbiq etdiyi qadağalardan sonra Türkiyənin ixrac etdiyi pomidorlar yeni bazarda reallaşmağa başlayıb. 
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Statistika İnstitutu məlumat yayıb. Belə ki, Rusiyanın qadağaları sayəsində Belarus bazarı liderliyi ələ alıb. Belarus bu ilin birinci rübündə Türkiyədən 32,4 mln. dollarlıq pomidor alıb.
Türkiyə 2017-ci ilin ilk üç ayında 123 mln. dollardan çox pomidar satıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 54% çoxdur.
Rusiya daxili bazarında pomidora olan ehtiyacının bir hissəsini isə hazırda İran vasitəsilə ödəyir.
Ümumilikdə İran mart ayında ixrac etdiyi pomidorlardan 9,5 mln. dollar gəlir əldə edib. İranın əsas pomidor ixraçatçıları Azərbaycan, Əfqanıstan, İraq, BƏƏ, Rusiya, Türkmənistan, Pakitsan, Ukrayna və Qazaxıstandır. 

Xəbərin orijinal ünvanı: https://report.az/ask/rusiyanin-sanksiyalari-turkiye-pomidorlarina-yeni-bazar-acib45

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR