Filippində İŞİD bayrağı sancıldı -

Filippinin Maraşi kəndinin küçələrinə İŞİD bayraqları sancılıb.

Metbuat.az xəbər verir ki, Filippin hərbi qüvvələrinin İŞİD-ə qarşı apardığı əməliyyatlar artıq ikinci həftədir ki, davam edir.

Əməliyyatlar nəticəsində Maraşi əhalisinin 90%-i kəndi tərk edərək, qonşu ərazilərdə məskunlaşıb.

Qeyd edək ki, İndoneziya İŞİD-ə qarşı mübarizədə Filippini dəstəklədiyini bəyan edib. İndoneziya-Filippin sərhədi gücləndirilmiş iş rejiminə keçib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR