"Qarabağ"dan ayrıldı, "Qəbələ"yə keçir

"Qarabağ"dan ayrıldı, "Qəbələ"yə keçir
20:05 30 May 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" daha bir futbolçu ilə ilkin razılığa gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Qarabağ"dan ayrılan İlqar Qurbanov karyerasını "qırmızı-qaralar"ın heyətində davam etdirəcək.

31 yaşlı futbolçu ilə bir neçə gündü ki, danışıq aparan bölgə təmsilçisi onu razı sala bilmirdi. İlqarın Türkiyəyə getmək variantı olduğundan, "Qəbələ"nin onunla danışığı əvvəlcə baş tutmamışdı. Lakin ölkə çempionatının gümüş mükafatçısı, nəhayət, istəyinə çatıb. Belə ki, danışıqların yekununda Qurbanovu razı salmaq mümkün olub.
 
Tərəflərin yalnız maddi məsələdə ortaq məxrəcə gəlməsi qalıb. Bu məsələ də həll edildikdən sonra "Qəbələ" Qurbanovla münasibətləri rəsmiləşdirəcək.
 
"Qəbələ" millimizin sabiq üzvünün Azərbaycanda 4-cü komandası olacaq. Qurbanov "Qarabağ"dan öncə "Xəzər Lənkəran" və AZAL klublarında da çıxış edib.
 
Qeyd edək ki, mövsümlərarası fasilədə Teo Uiks, Rəşad Eyubov, Nika Kvekveskiri, Rəşad Sadiqov, Daniel Subotiç, Məhəmməd Mirzəbəyov, Sergey Zenyov, Rafael Santos və Murad Musayevlə vidalaşan "Qəbələ" Elvin Məmmədovla da razılığa gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR